Vadidə itkin düşən 10 yaşlı qız zəkası sayəsində sağ qaldı - FOTOLAR

ABŞ-da 10 yaşlı Shunghla Masvani adlı qız ailəsi ilə Kle Elum vadisinə səfəri zamanı itkin düşüb.

Metbuat.az xəbər verir ki, onu tapmaq üçün axtarış qrupu əraziyə cəlb edilib. Məlumata görə, qızın itkin düşdüyü ərazidə havanın temperaturu müsbət 3 dərəcə olub. Paltarı qalın olmayan qız bir gecə meşədə tək qalıb. O soyuqdan qorunmaq üçün iki ağacın arasına sığınıb.Uşaq gecə orada yatıb. Uşaq atasını tapmaq üçün olduqca ağıllı davranaraq ərazidən axan çayın sahili ilə hərəkət etməyə başlayıb. Xilasedicilər bir gün sonra onu tapa biliblər. Əfqanıstan əsilli qızın səhhətində ciddi problem yoxdur.

"Shunghla 10 yaşında özünü qeyri-adi bacarıqlı və möhkəm olduğunu sübut etdi. O bilirdi ki, çayı izləmək düzgün işdir", - rəsmi dairədən bildiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR