Seçkilərdə gündəmə gələn Əfruz müəllimə VƏFAT ETDİ

Bakı şəhər Yasamal rayon 13 saylı orta məktəbin idman müəllimi Əfruz Hacıyeva vəfat edib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, ötən gün xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Hacıyeva 2014-cü il bələdiyyə seçkilərində yol verilmiş qanunsuzluq hallarının görüntüləri ilə bağlı gündəmə gəlmişdi.

Həmin vaxt Ə. Hacıyeva 15 saylı Yasamal I Seçki Dariəsinin 12 saylı seçki məntəqəsinin üzvü idi.

13 saylı məktəbdən bildirilib ki, Əfruz Hacıyeva bir müddət əvvəl yaşla əlaqədar pensiyaya çıxıbmış.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR