Bakı-Qazax yolunda avtomobil piyadanı vurub, vəziyyəti ağırdır

Göygöldə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Metbuat.az bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1963-cü il təvəllüdlü Sədrəddin Rzayevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR