"Vəzifələri dərs deyib, maaş almaqdır" - Deputatdan qızılla "təltif" edilən müəllimlərə REAKSİYA

Son günlər məktəblərdə valideynlərin müəllimlərə qızıl zinət əşyaları verməsi görüntüləri narazılıqlara səbəb olub. Vətəndaşların bir qismi valideynləri, digər qismi isə müəllimləri qınayıb.

Mövzu ilə bağlı Metbuat.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bu kimi addımlar müəllimlərin nüfuzuna xələl gətirir:

"Hesab edirəm ki, öncə müəllimlərimiz bu məsələlərdə diqqətli olmalıdılar. Hər bir müəllim bilməlidir ki, belə addımın atılması müəllimin nüfuzuna xələl gətirən məsələdir. Təəssüf ki, hələ də biz zaman-zaman müəllimlərimizlə bağlı belə hallar baş verdiyini müşahidə edirik. Xoşagəlməz haldır".

Deputatın sözlərinə görə, məsələ ciddi şəkildə araşdırılmalı və tədbir görülməlidir:

"Əgər ortalıqda rüşvət faktı varsa, müəllimlə bağlı ciddi tədbir görülməlidir. Valideynlər isə çalışmalıdılar ki, səbəb və niyyətindən asılı olmayaraq belə məsələlərdən uzaq dursunlar. Müəllimin vəzifəsidir ki, dərs desin və dövlətdən də maaş alsın. Belə hallar olanda, həm müəllimin nüfuzuna xələl gəlir, həm də Elm və Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı məsələlər yaranır. Ona görə də, bütün tərəflərin üzərinə məsuliyyət düşür".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı