Alpinistin davranışı heyrətə gətirdi - VİDEO

Cənubi Koreyada dünyanın 6-cı ən hündür binasına kəndirdən istifadə etmədən qalxan britaniyalı alpinist saxlanılıb.

Metbuat.az xəbər verir ki, Songpa Yanğınsöndürmə İdarəsinin yaydığı videoda alpinistin yalın əlləri ilə 123 mərtəbəli “Lotte World Tower” fasadına dırmaşdığı əks olunub. Xilasedicilər müdaxilə edərək, 24 yaşlı britaniyalı alpinisti 73-cü mərtəbədə nəzarətə götürüb. Polis alpinisti sorğu-sual üçün saxlayıb.

“Chosun Ilbo” qəzeti sözügedən şəxsin Corc Kinq-Tompson olduğunu yazıb. Məlumata görə, alpinist 2019-cu ildə Londondakı “Shard” binasına dırmaşdığı üçün saxlanılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR