AQTA xarici ölkələrdəki qida obyektlərində qiymətləndirmə apardı, bir müəssisəyə imtina verildi

Bu ilin may və iyun ayları ərzində Rusiya Federasiyası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Çin Xalq Respublikası, Gürcüstan Respublikası, İran İslam Respublikası və Ukrayna Respublikasına məxsus 22-si yerində, 28-i isə onlayn formatda aparılmaqla 50 müəssisədə qiymətləndirmə həyata keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.

Qeyd olunub ki, hazırda qiymətləndirmə aparılmış xarici qida obyektlərindən qiymətləndirmə hesabatları yekunlaşan 23 xarici obyektdən 9-u təsdiq edilib, 12-si şərti təsdiq edilib, 1-nə təsdiqdən imtina verilib və 1-i ilə bağlı isə təkrar qiymətləndirmənin aparılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, cari ilin iyun-avqust ayları ərzində adıçəkilən ölkələr, eyni zamanda Almaniya Federativ Respublikası, Polşa Respublikası və Türkiyə Respublikası da daxil olmaqla, 18-i yerində, 94-ü onlayn formatda (həmin ölkələrin aidiyyəti qurumları ilə razılaşdırılmış siyahı əsasında) 112 müəssisədə qiymətləndirmə aparılması nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR