"Müəllimi qiymətləndiririk" - Qızıl hədiyyə edən valideynlər DANIŞDI / VİDEO

Xırdalanda müəllimlərə qızıl alan valideynlər danışıblar.

Valideynlər bu əməllərində özlərini haqlı hesab ediblər.

“Bir valideyn kimi mən buna pis baxmıram. Müəllimi qiymətləndiririk. Müəllim məcbur etmir ki, mənə hədiyyə alın. Müəllimə verilən hədiyyəyə görə onu günahlandırmaq olmaz”, - deyə valideynlər bildiriblər.

Valideynlərindən digəri isə cəmi 1 manatdan pul yığdıqlarını, hədiyyənin isə rüşvət sayılmadığını bildirib.

Baku TV-nin hazırladığı həmin videonu təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR