Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində yanğın baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə "SOCAR Downstream Management" MMC-dən məlumat verilib.
Bildirilir ki, ilkin ehtimala görə yanğın xammal tutumunda baş verib.
"Yanğın qeydə alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda müvafiq soyutma tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda deyilir.
12:08
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Metbuat.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.