“Hamıya pul ayırırsınız, qazilərin də “1 abbası”sı verilsin” - Deputatdan nazirə

“Hamıya pul paylayırsınız, qazilərin də "1 abbası"sını verin. Xahiş edirəm, qazilərə veriləcək müavinət qalıb, onu da nəzərə alın”.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. Deputat bundan sonra da Qarabağ qazilərinə ayrılan təqaüdlərlə bağlı məsələ qaldırdığını xatırladıb:

“Qarşıdan 26 iyun Azərbaycan Ordusunun yaranma günü gəlir və bu ərəfədə qaziləri sevindirmək olar. “Harda görüşürəmsə, bu məsələni qaldırırlar, ona görə xahiş edirəm ki, qaziləri sevindirəsiniz!”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR