Ərdoğanın qələbəsi Azərbaycan xalqını da çox xoşbəxt edib - İlham Əliyev

Seçkilərdə sizin qələbəniz 20 ildən çox müddət ərzində apardığınız siyasətin Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.

Metbuat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatı zamanı deyib.

    “Sizin liderliyinizlə qardaş Türkiyə böyük və şərəfli yol keçmişdir. Dünya çapında güc mərkəzinə çevrilmişdir. İstər xarici siyasət sahəsində, istər daxili siyasət sahəsində apardığınız siyasət Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilir. Və sizin qələbəniz Azərbaycan xalqını da çox xoşbəxt etmişdir”, - Prezident İlham Əliyev vurğulayıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR