14 ölkədən gələn səyahətçilər Ağdamda minatəmizləmə işləri ilə tanış olublar

Beynəlxalq səyahətçilər işğaldan azad edilmiş Ağdam rayonunda minatəmizləmə prosesi ilə tanış olublar.

Metbuat.az xəbər verir ki, qonaqlar Azərbaycan ərazilərinin işğal dövründə Ermənistan tərəfindən minalanması barədə məlumatlandırılıb.

Eyni zamanda hazırda onlara ərazilərin minalardan təmizlənməsi barədə məlumat verilib.

Bundan başqa, səyahətçilər aşkar olunmuş minaların və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Xatırladaq ki, beynəlxalq səyahətçilər Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri bu gün başlayıb. Onlar 4 gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcək.

Səfər dünyaca məşhur MTP (“Most Traveled People”) təşkilatı tərəfindən təşkil olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR