İkardini kölgədə qoyacaq transfer - Razılıq verdi

“Qalatasaray” klubu Mauro İkardinin yerinə iddialı hücumçu transfer etməyi planlaşdırır.

Metbuat.az xəbər verir ki, Türkiyə klubunun hədəfində “Atletiko Madrid”un hücumçusu Morata var. Məlumata görə, “Qalatasaray” nümayəndələri “Atletiko Madrid”in icazəsi ilə Moratanın meneceri ilə bir araya gəlib. Müzakirələrin detalları açıqlanmır. Şərtlər uyğun olarsa Moratanın transferə razılıq verəcəyi iddia edilir.

Qeyd edək ki, “Qalatasaray”da icarə əsasında çıxış edən Mauro İkardinin “Roma”ya transfer olacağı deyilir. Müqaviləylə PSJ-yə məxsus olan İkardi İtaliyada karyerasına davam etmək istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR