​“WhatsApp”da gizli təqib funksiyası istifadəyə verildi

“WhatsApp” yeni funksiyasını istifadəyə verib.

Metbuat.az xəbər verir ki, test mərhələsində olan yeni funksiya qurumların və istifadəçilərin “WhatsApp”da kanallar qurmasına imkan verəcək. Kanal rəhbərləri onlara qoşulan istifadəçilər üçün foto, mətn, video, stiker və sorğu paylaşa biləcək. “WhatsApp” yeni funskiya sayəsində istifadəçilərin qurumlardan və təşkilatlardan vacib məlumatları anında almasını təmin etmək istəyir. Bildirilir ki, “WhatsApp” kanalları funksiyası fərdi mesajlaşma bölməsində deyil, söhbətlərdən ayrı bölmədə yer alacaq. “WhatsApp” bu funksiyada da istifadəçilərinin məxfiliyinə önəm verib.

Məlumata görə, kanal rəhbərlərinə və digər şəxslərə kanallara abunə olan istifadəçilərin foto, nömrə və digər məlumatları göstərilməyəcək. İstifadəçilərin məlumatları gizli saxlanılacaq. Kanal administratorlarının ekran görüntülərini və mesajların yönləndirilməsini bloklamaq imkanı olacaq. Yeni funksiya olan kanal funksiyası ilk olaraq Kolumbiya və Sinqapurda aparıcı qlobal qurumlar və seçilmiş təşkilatların istifadəsinə veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR