​ABŞ Yaxın Şərqə F-22 döyüş təyyarələri göndərdi

ABŞ Rusiya təyyarələrinin bölgədəki “təhlükəli hərəkətlərini” əsas gətirərək Yaxın Şərqə F-22 döyüş təyyarələrini göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Mərkəzi Komandanlığından açıqlama verilib. Bildirilir ki, Rusiya təyyarələrinin bölgədə artan təhlükəli və qeyri-peşəkar davranışlarına görə, ABŞ Hərbi Hava Qüvvələri çox yönlü əməliyyatların bir hissəsi olaraq Mərkəzi Komandanlığın missiya bölgəsinə F-22 döyüş təyyarələri yerləşdirib.

ABŞ-ın Mərkəzi Komandanlığının komandiri general Maykl Kurilla bildirib ki, ruslar münaqişənin qarşısını almaq üçün həyata keçirilən tədbirləri pozur.

Onun sözlərinə görə, Rusiya ordusu razılaşmalara əməl etmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR