​Çin eyni anda 41 peyk buraxaraq rekorda imza atdı

Çin tək daşıyıcı raketlə kosmosa 41 peyk göndərməklə bu sahədə milli rekorda imza atıb.

Metbuat.az xəbər verir ki, bu barədə Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat verib. Bildirilir ki, peyklər Şaanşi əyalətindəki “Tayyuen” peyk mərkəzindən “Long March 2D” raketi ilə buraxılıb. Peyklər planlaşdırılan orbitə yerləşib. Çin əvvəlki rekord zamanı eyni vaxtda 26 peyki orbitə buraxmışdı. Şanxay Kosmik Uçuş Akademiyası tərəfindən istehsal edilən “Long March 2D” raketi Yerin nisbətən aşağı orbitinə 4 tona, daha uzaq orbitə isə 1,3 tona qədər faydalı yük daşıya bilir.

Qeyd edək ki, “Falcon-9” raketi ilə kosmosa 143 peyk göndərən ABŞ-ın raket və kosmik nəhəngi SpaceX bu sahədə dünya rekorduna sahibdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR