Türkiyədə faciə: 9 ölü - Kənd nəzarətə götürüldü

Türkiyənin Diyarbəkir vilayətinin Serçeler kəndində iki ailə arasında torpaq mübahisəsi üzündən başlayan mübahisə silahlı döyüşə çevrilib.

Metbuat.az xəbər verir ki, sahənin yandırılması ilə başlayan davada 9 nəfər ölüb, 2 nəfər yaralanıb. Diyarbakır valisi Əli İhsan mübahisənin 200 hektarlıq ərazi olduğunu bildirib. Bildirilir ki, gərginlikdən sonra kəndə təhlükəsizlik qüvvələri cəlb edilib, jandarma helikopteri də havadan dəstək verib.

Yaralıların yerləşdirildiyi xəstəxanalarda polis geniş təhlükəsizlik tədbirləri görüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR