Laçında vurulan əsgərimizi snayper Artura kim nişan verib? - DETALLAR

Ermənistan açıqladı: bu gün, 15 iyunda Gorusun Dığ kəndi istiqamətində Azərbaycan ordusunun cavab atəşi nəticəsində hospitallıq olan snayper Masisdən (tarixi Zəngibasar rayonu-E.P.) olan 2002-ci il təvəllüdlü Artur Azroyandır. Digər bölgələrdə gün ərzində artilleriya döyüşü davam etdi. Vəziyyətin sonrakı gedişatı barədə konkret proqnoz vermək çox çətindir, vəziyyət nəzarətdən çıxa, 44 günlük müharibədən də dəhşətli hadisələr baş verə bilər...

Metbuat.az musavat.com-a istinadən xəbər verir ki, əslində belə bir durumda gərginliyi tətikləmək Ermənistanın zərərinədir, bu, birmənalıdır. Çünki Laçın yolunda normal şəkildə gediş-gəliş təmin olunurdu, kimsə narazı deyildi, artıq ermənilər də qəbul edirdilər ki, Azərbaycan qanunlarının alternativi yoxdur, üstəlik, Arayik Arutyunyan da son günlər taleyi ilə barışmış görkəmindəydi. Elə isə hərbçimizə güllə açan erməni caninin qulağına “atəş aç” əmrini kim pıçıldamışdı, bu, çox maraqlıdır? Adətən, nəzərlər Rusiyaya yönəlir. Sözsüz, bu dəfə də istisna deyil. Rus hərbçilərin Qarabağdakı erməni quldurlarının karvanlarına sarvanlıq etməsi adi hal alıb. Amma bugünkü gərginlikdən sonra bağlanan Laçın yolu boyunca rus hərbçilərinin maşın karvanı düzülüb. Bu sonluq rusların nəyinə lazım idi?

Bir neçə gün əvvəl ABŞ-ın İrəvandakı səfiri Kristina Kvien Dığ kəndinə gəlmişdi. Binoklla biz tərəfə baxıb, geri qayıdandan sonra “mən özüm də gördüm ki, sərhəddə vəziyyət gərgindir”-yazdı diplomat. O vaxt elə bir gərginlik yox idi, əsl gərginlik bu gün oldu, Laçından Zəngilanadək döyüşlər getdi. Amerikalı səfirin “ayağının ağır olması” ilə bağlı deyil təbii ki...ABŞ və Rusiyanın bölgə uğrunda savaşının məntiqi nəticəsidir. ABŞ öz vətəndaşlarına çağırış etməmişdimi, o tərəflərə getməyin və sair? Hardan bilirdilər Azərbaycan əsgərinə atəş açılacağını?

ABŞ-ın “Qarabağda antiterror əməliyyatı başlaya bilər” mövqeyinə Kremldən dərhal kəskin reaksiya verməsi də durumun aydın ifadəsidir. Sərhədlərin dəqiqləşməsi istiqamətində prosesin guya aparıldığı, danışıqların getdiyi bir dönəmdə şərti sərhəddə bayrağımızı asan hərbçimizə açılan atəş bütün prosesə son qoyulması və dəhşətli savaşın başlanılmasını tətikləyən ssenarinin tərkib hissəsidir.

Azərbaycan dövləti Tehrandakı səfirliyimizdə terror aktı törədənlərin cəzalandırılmasını tələb edir və diplomatik nümayəndəliyimizin yalnız ondan sonra fəaliyyətini bərpa edəcəyi İran rəhbərliyinin nəzərinə çatdırılıb. 15 iyunda Laçın istiqamətində ermənilərin törətdiyi terror aktına cavab olaraq sərhəd nəzarət məntəqəsində giriş-çıxış bağlanıb. Tamamilə düzgün addımdır. Bu qədər humanist davranışın – Azərbaycanın yalnız Ermənistanla quru sərhəddinin açıq olması unudulmamalıdır – qarşılığında qarşı tərəf növbəti dəfə alçaq yola əl atdı. Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi qaldırılıb, istintaq gedir. Hərbçimizin qanının töküldüyü ərazidən çəkilmiş kadrlara baxdım. Qeyri-döyüş ünvanı və vəziyyətində törədilib bu, ağır cinayət. Sözsüz ki, bədəli ağır olmalıdır, olacaq da! Özü də bu terror aktı Laçın şəhər sakinlərinin növbəti hissəsinin öz yurduna qayıtmasından bir gün sonra baş verib.

15 iyunda açılan atəş Laşına Böyük Qayıdışımıza da atılmış güllədir. Biz ermənilərin dinc keçidinə 3-cü ildir göz yumuruq, onlar isə... Hansı ölkə sərhədçisinə atəş açan qarşı tərəfə gül-çiçək yollayır, yaxud sərhəd qapısını açıb, “gəl, kef elə” deyir? Əgər ABŞ və ya Fransadan “Laçın yolunu aç” çağırış gəlsə, demək budəfəki qanı salan təkcə Rusiya deyil, həm də onlardır...Fransa Ermənistana silah və hərbi texnikanı Hindistanın əli, İranın yolu ilə göndərirsə, ABŞ bu faktı ittiham etmirsə, mənzərə aydındır...Və Şuşa Bəyannaməsinin ildönümü günündə törədildi bu terror aktı.

Zəngilan istiqamətində düşmənin ağır artilleriyanı da işə salmasından belə məlum olur ki, Azərbaycan 1920-ci ilin dekabrındakı ədalətsiz qərarı da təkbaşına icra etməli olacaq. Diqqət edin, bölgəyə soxulmaq üçün fürsət gəzən ölkələrdən biri Arazdəyəndə - Horazidə qədər uzanacaq dəmiryolunun üstündə zavod tikir, başqası Qafanda rus dilinin öyrədilməsi üçün “kurslar” açır, başqa biri “azad iqtisadi zona” yaradır...Məram-məqsədləri yolumuzu kəsməkdir! Düzülüblər Zəngəzur dəhlizinin üstündə. Hələ biri də var, dəmiryoluna nəzarət iştahına düşüb...

Bütün pislikləri yenəcəyik, inşallah! Qərbi Azərbaycana qayıdışımız ilahi ədalətin bərpası olacaq! Sonuncu azərbaycanlının tərk etdiyi Nüvədidən başlayacağıq, Allahın köməkliyi, Ordumuzun əzmi ilə! Proseslər göstərir ki, Azərbaycan ordusu təhlükəsiz zona, bufer məkan yaratmalı olacaq bu gedişlə, əks təqdirdə “maşa” rolunu oynayanların təxribatlarından sığortalanmaq çətin olacaq. Qardaş Türkiyə nümunəsi var: terrorçuların nəslini Şimali İraqda və Suriyada kəsir!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR