İki dəfə evli olan 47 yaşlı britaniyalı Mark Roulends həyat yoldaşından boşanmadan üçüncü dəfə evlənməyə cəhd edib.
Metbuat.az xəbər verir ki, İngiltərənin Çeşir bölgəsində yaşayan Mark Roulends 8 il əvvəl evləndiyi həyat yoldaşı Heylidən boşanmadan Kerri Adamsla ailə həyatı qurub. Roulendsin ikinci həyat yoldaşı bir müddətdir ayrı yaşadığı ərinin üçüncü dəfə evləndiyindən təsadüfən sosial mediadan xəbər tutub. O polisə şikayət edib. Hakimlər kişini 456 funt sterlinq cərimələyib. 47 yaşlı Roulends ikinci həyat yoldaşından boşanmalı və daha sonra üçüncü evliliyini qanuniləşdirməlidir.