Elə bir müqaviləyə imza atıb ki, ayrılsa sərvət ödəyəcək

Kriştiano Ronaldo ilə sevgilisi Corcina Rodriges arasındakı müqavilə üzə çıxıb.

Metbuat.az xəbər verir ki, tərəflər ayrılarsa Ronaldo sevgilisinə ödəniş etməli olacaq. “Daily Mail”in məlumatına görə, cütlük arasındakı razılaşmaya əsasən onlar ayrılacağı təqdirdə Ronaldo Rodrigezə hər ay 109 min dollar ödəyəcək. Bildirilir ki, Rodrigez maliyyə gələcəyini zəmanət altına almaq üçün Ronaldo ilə belə müqavilə imzalayıb.

Qeyd edək ki, bu aliment tipli ödəmə xəbərinin cütlüyün ayrılma ehtimalının yüksək səslə danışıldığı bir vaxtda ortaya çıxdığı diqqət çəkir. Xarici KİV-lərin iddiasına görə, Rodrigesin çox alış-veriş etməsi Ronaldonu narahat edib. Ronaldonun anası da tərəflər arasında narazılığın olduğunu bildirsə də, ayrılıq iddialarını rədd etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR