"Tatarıstan və Azərbaycan arasında əməkdaşlığın inkişafına ümid edirik" - Minnixanov

"Rusiya-Azərbaycan münasibətləri çərçivəsində Tatarıstan və Azərbaycan arasında hərtərəfli əməkdaşlığın davamlı inkişafına ümid edirik".

Metbuat.az xəbər verir ki, bu fikirlər Rusiyanın Tatarıstan Respublikasının rəisi, “Rusiya–İslam dünyası” Strateji Baxış Qrupunun sədri Rüstəm Minnixanovun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Xalq Cümhuriyyətinin 105-ci ildönümü münasibətilə Tatarıstan Respublikasının sakinləri adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin. Doğma ölkənizin hərtərəfli inkişafı, onun iqtisadi gücünün və beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsi naminə quruculuq yolunda Sizə, qardaş Azərbaycan xalqına səmimi-qəlbdən daimi uğurlar arzu edirik. Qoy, Azərbaycan dövlətçiliyinin banilərinin ideyaları və təcrübəsi bundan sonra da cəmiyyətin birləşməsinə xidmət etsin, ölkə vətəndaşlarını böyük işlərə ruhlandırsın, Azərbaycan Respublikasının inamlı və firavan gələcəyinin formalaşdırımasında dayaq olsun!

Bizim konstruktiv qarşılıqlı fəaliyyətimizin nəticələrinin Rusiya və Azərbaycan xalqları arasında əlaqələrin gücləndirilməsinə, bütövlükdə ümumi sülhün möhkəmləndirilməsinə mühüm töhfə olduğuna inanırıq.

Sizə, Sizin yaxınlarınıza və gözəl ölkənizin bütün sakinlərinə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı