Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçirilir

Heydər Əliyev Mərkəzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə ilk dəfə Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçirilir.

Metbuat.az xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən simpozium Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca simpozium üçün hazırlanan film nümayiş olunub.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan azərbaycanlı həkimlərlə tibb sahəsindəki yenilikləri paylaşmaq və mütəxəssislər arasında təcrübə mübadiləsini təmin etmək, həmçinin xaricdə yaşayan azərbaycanlı həkimlərin milli səhiyyə sisteminin inkişafı istiqamətində aparılan işlərə öz töhfələrini vermələri üçün yeni imkanlar yaratmaqdır.

Simpoziumda dünyanın 14 ölkəsində - Türkiyə, Rusiya, Almaniya, Amerika Birləşmiş Ştatları, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İtaliya, Kanada, Qırğızıstan, Ukrayna, Gürcüstan və Rumıniyada çalışan azərbaycanlı həkim-mütəxəssislər iştirak edirlər.

Dünyadakı Azərbaycanlı Təbiblərin ilk Simpoziumunun iştirakçıları arasında müxtəlif ölkələrdən paytaxta gələn 100-dən çox cərrah, transplantoloq, neyrocərrah, klinik embrioloq, kardioloq, uroloq, endokrinoloq, nevroloq, travmatoloq, pediatr, terapevt və bu kimi digər ixtisas mütəxəssisləri təmsil olunurlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR