Lalə Azərtaşın verilişində dava: Şikayətçini döymək istədilər - VİDEO

Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində yenidən qalmaqal baş verib.

Metbuat.az xəbər verir ki, ekspert qismində çıxış edən Anar Vəziroğlu və efirə gələn Zəminə adlı şikayətçi qadın arasında baş verib.

Belə ki, tərəflər arasında mübahisəyə səbəb Anar Vəziroğlunun sözügedən qadını sərt tənqid etməsi olub. Onun şikayətçiyə " İmkan ver qadın sözünü desin, sən ona imkan vermirsən. Sənin ərin "piyanskədir", budur sənin ailən?!" - deməsi qadını özündən çıxarıb.

O, su şüşəsini Anar Vəziroğlunun üzərinə atıb. Hiddətlənən ekspert şüşəni götürüb qadının üzərinə getsə də, mühafizəçilər ona mane olaraq studiyadan kənarlaşdırıb".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR