Mbappenin anası transfer iddialarına son qoydu: Bu klubda oynayacaq

Fransız ulduz Kilian Mbappenin anası Fayza Lamari oğlu ilə bağlı transfer iddialarına son qoyub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, o, Mbappenin gələn mövsümü də "PSJ"də keçirəcəyini açıqlayıb.

Lamari bunu ötən gün Fransanın Avro-2024-ün seçmə mərhələsində Cəbəllütariqlə qarşılaşdığı (3:0) oyununda, fasilə zamanı azarkeşlərdən birinə deyib. Azarkeş qadına yaxınlaşaraq Mbappeni “Real”da görmək istədiyini bildirib. Lamari pərəstişkarın istəyinə təbəssümlə cavab verib: "Paris, Paris, Paris".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR