Türkiyədən Azərbaycana dəri məmulatlarının ixracı artıb

Bu ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana 9 milyon 644 min ABŞ dolları dəyərində dəri və dəri məmulatları ixrac olunub.

Metbuat.az Türkiyə İxracatçılar Məclisinə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,1 % çoxdur.

Təkcə mayda isə Türkiyədən ölkəmizə 1 milyon 721 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da illik 3,3 % çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR