Ağsuda avtomobillər toqquşub, xəsarət alanlar var

Ağsuda avtomobil qəzası baş verib, xəsarət alanlar var.

Metbuat.az xəbər verir ki, “QAZ-31” markalı avtomobil “Mercedes”lə toqquşub.

Hadisə nəticəsində Göyçay rayon İnçə kənd sakini, 1959-cu il təvəllüdlü Mehdiyev Əkbər Ələkbər oğlu və Ağsu rayon sakini, 1992-ci il təvəllüdlü Zərbəliyev Fuad Məmmədşah oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırlıblar. Ə.Mehdiyevin vəziyyətinin ağır olduğu bildirilir.

Fakt araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR