Ermənistanın yaydığı bu məlumat yalandır - Müdafiə Nazirliyi

İyunun 18-i saat 03:20-dən 04:10-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər və Şəmşəddin rayonları istiqamətlərində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat növbəti yalandır, həqiqətə uyğun deyil.

Bu barədə Metbuat.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

“Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik” - nazirlikdən qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR