Xızıda selə görə 24 nəfər köməksiz qaldı

Xızıda 24 nəfər kənddə köməksiz vəziyyətdə qalıb.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonunun Ağdərə kəndində intensiv yağan yağışların əmələ gətirdiyi sel suları nəticəsində yarasız vəziyyətə düşmüş avtomobil yolunda avtobusda 24 nəfər sərnişinin köməksiz vəziyyətdə qalıb.

Məlumatla əlaqədar əraziyə FHN-in Mülki müdafiə qoşunları və Sumqayıt Regional Mərkəzinin qüvvələri, o cümlədən həkim briqadası cəlb olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR