37 yaşlı Modriçə 200 milyonluq təklif - Cavabı təəccübləndirdi

"Real Madrid"lə müqaviləsi başa çatan Luka Modriçə Səudiyyə Ərəbistanından yüksək maaşlı təklif gəlib.

Metbuat.az xəbər verir ki, “Əl-Hilal” komandası Modriçi transfer etmək üçün təklif göndərib. “Sky Sport”un xəbərinə görə, “Əl-Hilal” komandası 37 yaşlı Modriçə illik 200 milyon avro dəyərində 3 illik müqavilə təklif edib. Məlumata görə, xorvatiyalı yarımmüdafiəçi bu təklifi rədd edib. Bildirilir ki, təcrübəli futbolçu "Real Madrid"lə müqaviləni yeniləmək istəyir. “Real” da Modriçin xidmətində maraqlıdır.

Qeyd edək ki, xorvatiyalı ulduz ötən mövsüm “Real Madrid”in heyətində bütün yarışlarda ümumilikdə 52 oyun keçirib. Modriç bu oyunlarda 6 qol vurub və 6 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR