Sudan sərhədində fransız hərbçilər saxlanıldı

Qarşıdurmalara səhnə olan Sudanın Çadla olan sərhədində fransız əsgərlərin icazəsiz kəşfiyyat apardığı iddia edilib.

Metbuat.az xəbər verir ki, bu səbəbə görə, fransız əsgərlər Çad ordusu tərəfindən saxlanılıb. Məlumata görə, əsgərlər Fransa ordusunun hərbi formasında olub. Onların üzərində silahlar olub. İddiaya görə, Çad ordusunun əsgərləri Fransa əsgərləri icazəsiz olaraq bölgədə kəşfiyyat apardıqları üçün nəzarətə götürüblər. Fransız əsgərlərin Sudandakı qarşıdurmaları Çad sərhədindən izlədiyi iddia edilib.

Qeyd edək ki, Sudandakı münaqişələrdən qaçan sudanlılar Çada köçürlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR