"Azərbaycan OPEC+ ilə əməkdaşlığa böyük töhfə verir" - Baş katib

Baş katib: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan OPEC+ ilə əməkdaşlığa böyük töhfə verir. Azərbaycanla OPEC+ ölkələri arasında uğurlu əməkdaşlıq həyata keçirilir.

Metbuat.az xəbər verir ki, bunu Prezident İlham Əliyevlə görüşdə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qaysı deyib.

Baş katib vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan OPEC+ formatı yaranan ilk gündən bu əməkdaşlığa böyük töhfə verir və o, buna görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Eyni zamanda, bu gün qlobal neft bazarında OPEC+ formatında fəaliyyətin roluna toxunulub, indiyədək bu bazarda sabitliyin əldə edilməsinin məhz bu formatda həyata keçirilən fəaliyyət nəticəsində mümkün olduğu xüsusi qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı