Si Cinpin Blinkeni qəbul etdi - Tərəflər razılığa gəlib

Pekində səfərdə olan ABŞ-ın dövlət Katibi Antonio Blinkenlə Çin sədri Si Cinpin arasında görüş olub.

Metbuat.az xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin məlumatına görə, Si Cinpin Vaşinqtonla gərginliyi azaltmaq niyyətində olduğunu bəyan edib. Si Cinpin Blinkenə deyib ki, dövlətlər arasında qarşılıqlı əlaqələr həmişə qarşılıqlı hörmət və səmimiyyətə əsaslanmalıdır. Bildirilir ki, Blinken səfəri zamanı ABŞ və Çin bir sıra məsələlərdə irəliləyiş və razılıq əldə ediblər.

Qeyd edək ki, Antonio Blinken cəsus şarı qalmaqalına görə, Çinə səfərini təxirə salmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR