100 milyonluq transfer lağa qoyuldu

"Barselona"nın gənc istedadı Gavi "Real Madrid"in Jude Bellinqhem transferi ilə bağlı tənqidi fikirlər səsləndirib.

Metbuat.az xəbər verir ki, Gavi bildirib ki, rəqibin bahalı transferləri onları qorxutmur.

“Mundo Deportivo”ya danışan Gavi bunları deyib: ““Barselona” hazırda iqtisadi baxımdan ən yaxşı dönəmində olmaya bilər, amma aşağı yaş qruplarından çoxlu istedad komandaya qatılıb. “Real Madrid” kimi istəsə, müqavilə imzalaya bilər, əlbəttə ki, bizi maraqlandırmır. Bizim öz istedadlarımız var və biz həmişə sona qədər mübarizə aparacağıq”.

Qeyd edək ki, “Real Madrid” Jude Bellinqhem üçün “Borussiya Dortmund”a 100 milyon avro ödəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR