"Real"dan Benzemanın əvəzinə ucuz transfer

"Real Madrid" Kərim Benzemanın boşluğunu sürpriz hücumçu ilə doldurub.

Metbuat.az xəbər verir ki, “Real” "Espanyol"un futbolçusu Xoselunu icarəyə götürüb. Məlumata görə, 33 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. “Real” hücumçunun çıxışından razı qalsa onu birdəfəlik transfer edə bilər. “Real”ın hücumçunun icarəsi üçün qarşı tərəf 500 min avro ödədiyi deyilir.

Qeyd edək ki, Xoselu "Real Madrid"in yetirməsidir. O, İspaniya millisinin də üzvüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR