Hindistanda qorxunc rəqəmlər - 160-dan çox insan öldü

Son günlər Hindistanın şimalında şiddətli istilər səbəbindən həyatını itirənlərin sayı 166 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, qızmar hava Uttar Pradeş ştatında 119, Bihar ştatında isə 47 nəfərin ölümünə səbəb olub.

Bir neçə gündür ki, ölkənin şimalında temperatur 43,5 dərəcədən aşağı düşmür. Meteoroloqlar anomal istilərlə bağlı rəsmiləri əvvəlcədən xəbərdar etdiklərini bildiriblər. Yerli hökumət kondisioner və soyuducuların problemsiz işləməsi üçün fasiləsiz enerjinin təmin edilməsi məqsədilə lazımi tədbirlər görüldüyünü açıqlayıb.

Bihar ştatının paytaxtı Patnada bütün məktəblər iyunun 24-dək bağlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR