"Heç bir günahım yoxdur" - Fərid Anası ilə telefonla DANIŞDI / VİDEO

Aylardır övladını görə bilməyən ana oğlu ilə telefonla danışıb.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, söhbət İranda casusluqda ittiham edilərək saxlanan 27 yaşlı Fərid Səfərlidən gedir.

Almaniyada yaşayan anası Dilarə Əsgərova deyir ki, ötən gün oğlu ilə telefonla danışıb.

"Anası ilə söhbət zamanı Fərid bildirib ki, heç bir gühanı yoxdur."

Dilarə Əsgərova Fərid səhhətinin yaxşı olduğunu və heç bir zorakılıqla üzləşmədiyini bildirib.

Anası deyir ki, rəsmi qurumlar bu işlə bağlı ciddi məşğuldur. Konsulluqdan da Fəridlə müntəzəm danışılır və bu barədə Anaya məlumat verirlər.

Xatırladaq ki, Almaniyanın Yena universitetində təhsil alan Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş, dostluq münasibətində olduğu bir qızla görüşmək üçün valideynlərindən xəbərsiz Tehran şəhərinə gedib. O vaxtı itkin düşmüş kimi axtarılsa da sonradan Tehranda casusluqda ittiham edilərək saxlanıldığı məlum olub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR