Paşinyan müharibə dövründən danışdı: "Putin dedi ki, Əliyev bir şərt irəli sürür..."

Ermənistanın baş naziri Nikol Paşinyan müharibə ilə bağlı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, müharibənin dayandırılması üçün ilk dəfə oktyabrın 7-də cəhd edib. Putinə ad günü münasibətilə zəng edib və bunu deyib:

"Putin müharibəni dayandırmaq üçün səylərə vasitəçilik etmək istədiyini bildirdi. Şərtlərlə maraqlanaraq, razılaşdığımı dedim. Biz hesab edirdik ki, atəşkəs ilkin şərt olmadan olmalıdır".

Paşinyan qeyd edib ki, həmin gün yenidən Putinlə telefon danışığı olub:

"Axşam ikinci söhbət oldu və Putin dedi ki, Əliyev bundan imtina edib. Ertəsi gün Putin dedi ki, İlham Əliyev bir şərt irəli sürür - Füzuli döyüşsüz təslim edilməlidir və erməni qüvvələri isə Araz boyu Xudafərin su anbarına çəkilməlidir ki, bura Azərbaycanın nəzarətində olsun. Bundan başqa, Bakı hərbi əsirlərin qaytarılmasının mümkünlüyünü nəzərə alaraq, Şahbaz Quliyev və Dilqəm Əsgərovu geri almaq istəyib. Ancaq bunun üçün hərbi əməliyyatların dayandırılması deyil, ölənlərin dəfni üçün humanitar barışıq elan edildi və bir daha müharibəyə başlamamaq üçün heç bir öhdəlik qoyulmadı. Mən imtina etdim".

Paşinyan yenidən Putinlə telefonda danışıb:

" Oktyabrın 8-də yenidən danışdıq və Putin bildirdi ki, Azərbaycan oktyabrın 10-u gecədən atəşkəs rejiminin yaradılmasına razılaşıb. Bunu müzakirə etmək üçün XİN rəhbəri oktyabrın 9-da Moskvaya dəvət olunub".

O iddia edib ki, üçtərəfli bəyanatı 9 noyabr səhər saatlarında imzalayıb. Paşinyan Putindən müharibəni dayandırılması üçün xahiş edib:

"13 oktyabr 2020-ci ildə mən Rusiya prezidentindən birbaşa suala cavab verməsini xahiş etdim: Müharibəni dayandırmaq üçün nə etməliyəm? Oktyabrın 16-da Putinlə eyni məsələni daha ətraflı müzakirə etdik və o, belə bir fikri bildirdi ki, biz Qarabağın statusunu dəqiqləşdirmədən, təbii ki, 5 rayonun qaytarılması ilə bağlı söhbətə başlamağa cəhd edə bilərik. Biz Putinlə razılaşdıq ki, komandalar bu ideyanı təkmilləşdirmək üçün işə başlasınlar".

Bundan sonra isə Fransa Prezidenti Makron Paşinyanla danışıb:

"Oktyabrın 17-də Makron mənə bildirdi ki, Əliyev oktyabrın 18-də gecə yarısı atəşkəslə heç bir şərt olmadan razılaşıb. Təbii ki, razılaşdım. Bundan sonra bir neçə saat ərzində Fransa, Ermənistan və Azərbaycan oktyabrın 17-də axşam saatlarında dərc olunmuş və gecə yarısından etibarən humanitar atəşkəsin yaradıldığını bildirən bəyanatla razılaşdılar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR