Metroda ödənişlə bağlı yenilik - RƏSMİ

Ən qısa zamanda, bir həftə ərzində metronun iki stansiyasında ödənişləri QR kod vasitəsilə etmək mümkün olacaq.

Metbuat.az xəbər verir ki, bunu “K group” şirkətinin direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən brifinqdə bildirib.

“Digər metrostansiyalarında da texniki işləri (köhnə avadanlıqlar QR oxuyucularla əvəzləmək) yay boyunca yekunlaşdırmağı planlaşdırırıq ki, qarşıdan gələn sentyabr, iş və təhsil dövrünə tam hazır olaq”, - deyə Orxan Bayramov əlavə edib.

Qeyd edək ki, metrostansiyalarda QR kod vasitəsilə ödəniş "BakıKart”ın yeni tətbiqi vasitəsilə mümkün olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR