​Bakıda ilk dəfə, fərqli formatda nağıl günləri - “Göydən üç alma düşdü”

Bakıda ilk dəfə, çox maraqlı fərqli formatda “Göydən üç alma düşdü” adlı nağıl günləri keçriləcək.

Metbuat.az xəbər verir ki, geniş uşaq auditoriyasını əhatə edəcək nağıl günlərində musiqi müşayiəti və məşhur uşaq yazarlarının, eləcə də, Türkiyədən dəvət olunmuş hekayəçilərin iştirakı ilə uşaqlar nağıl dünyasına,sehirli aləmə səyahət edəcəklər.

Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 21 iyun tarixlərində, saat 18:30-da Bakı şəhəri Xətai rayonu Heydər Əliyev parkında (Ukrayna dairəsi yaxınlığında) baş tutacaq

Tədbirin əsas məqsədi uşaqların hər iki ölkənin mədəniyyəti, adət və ənənəsi, folkloru, nağılları ilə yaxından tanış olması, onlar arasında mütaliə vərdişlərinin formalaşması, asudə vaxtının səmərəli təşkili və oxu mədəniyyətinin kütləvi şəkildə təbliğidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR