“Azercell” yeni tarif paketini istifadəyə verib

“Azercell” yeni tarif paketini istifadəyə verib
19:43 3 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycanın mobil operatoru “Azercell Telekom” MMC iyunun 3-dən fakturasız xətt (SimSim) abunəçiləri üçün yeni “Azercellim” tarifini təqdim edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, yeni tarif daha sərfəli danışıq imkanı yaradır. Bu tarifə qoşulan abunəçilər indi şəbəkədaxili zənglərin 1 dəqiqəsi üçün 4, şəbəkəxarici zənglərin 1 dəqiqəsi üçün isə 6 qəpik ödəyəcəklər. “Azercellim”də SMS xidmətindən istifadə 3 qəpiyə bərabərdi.
Abunəçilər yeni tarifə qoşulmaq üçün A yazıb 7575 göndərməlidirlər. Yeni tarifdə interval 1 dəqiqə üzrə hesablanır. Eyni zamanda, yeni aktivləşən və ya nömrələrini operatorun şəbəkəsinə daşıyan SimSim abunəçilərinin nömrələri “Azercellim” tarifində olacaq və onlara 3 manat hədiyyə ediləcək. Balans ölkədaxili zəng və SMS, həmçinin mobil internet üçün 30 gün müddətində istifadə oluna bilər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azercell_yeni_tarif_paketini_istifadeye_verib-860535

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR