Bəhram Bağırzadədən toydakı hərəkəti ilə bağlı suala REAKSİYA - VİDEO

Əməkdar artist Bəhram Bağırzadə iştirak etdiyi toy məclislərinin birində qonaqların gözü qarşısında əllərini ağzına salaraq, bərkdən fit çaldığına görə sosial şəbəkələrdə tənqid olunur.

Metbuat.az xəbər verir ki, "Qaynarinfo" məsələyə aktyorun münasibətini öyrənməyə çalışıb. Əməkdar artist həmin videogörüntünü görmədiyini bildirib.

"Belə şeylərə baxmağa və onun haqqında danışmağa vaxtım yoxur. Təyyarədəyəm, hazırda uçmağa hazırlaşırıq”, deyə Bəhram Bağırzadə qeyd edib.

Xatırladaq Əməkdar artist Bəhram Bağırzadə qatıldığı toy məclislərinin birində qəribə rəqsi və fit çalması ilə bağlı gündəmə gəlib. Rəqs edərkən fit çalan aktyorun hərəkəti ictimaiyyət nümayəndələri tərəfindən sərt tənqid olunub. Bir qədər öncə Bəhram Bağırzadə rayondan gələn insanları ucadan danışdığına görə tənqid etmişdi.

"Onlar hətta restoranda çox ucadan danışırlar. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz", deyə aktyor bildirmişdi.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR