"Bayer"i ayağa qaldırdı, Avropa nəhənginin baş məşqçisi olur

“Real Madrid”in keçmiş məşqçisi Xabi Alonso klubun baş məşqçisi ola bilər.

Metbuat.az xəbər verir ki, hazırda "Bayer"in baş məşqçisi olan Xabi Alonsunun uğurları İspaniya təmsilçisinin belə qərar verməsinə səbəb olub. Alonso kluba baş məşqçi təyin olunanda "Bayer" 9 oyundan 8 xal toplamışdı. Alonsonun gəlişindən sonra isə "Bayer" 17 oyunda 10 qələbə, 2 heç-heçə, 5 məğlubiyyətə imza ataraq çıxışa keçmişdi.

Bildirilir ki, tərəflər arasında danışıqlar uğurlu alınıb. Alonso “Real Madrid”in baş məşqçisi olmağa razılıq verib. Bildirilir ki, Xabi Alonso 2024-cü ildə "kral klubu"na keçə bilər. Alonsonun "Bayer" klubu ilə müqaviləsi 2024-cü ildə başa çatır.

Qeyd edək ki, Karlo Ançelottinin "Real Madrid"lə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Braziliya Futbol Federasiyası 2024-cü ildə millinin baş məşqçi postuna Karlo Ançelottinin təyin olunacağını açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR