Dövlət satınalmaları ilə bağlı yenilik: Sənəd tələb edilməyə bilər

Azərbaycanda dövlət satınalmalarında iştirak üçün sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar təchizatçıdan tələb edilməyəcək.

Metbuat.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan “Dövlət satınalmaları haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi təchizatçının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya təchizatçı tərəfindən təmin edilir.

Qanunla satınalan təşkilatla təchizatçıların bir-birinə göndərdikləri bildirişlər, qərarlar və digər sənədlər, habelə bu Qanunda nəzərdə tutulan məlumatlar yazılı formada təqdim olunacaq. Elcə də portal vasitəsilə keçirilən satınalmalar zamanı bu Qanunla nəzərdə tutulan sənədlər (məlumatlar) yalnız portal vasitəsilə göndərilir.

Satınalma kağız daşıyıcılarında həyata keçirildikdə nəzərdə tutulan sənədlər (məlumatlar) kağız daşıyıcılarında göndəriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı