Bu şəxslər üçün sınaq imtahanına qeydiyyat başladı - DİM

Dövlət İmtahan Mərkəzi tərəfindən 30 iyul 2023-cü il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı verilən keçid vasitəsilə 21 iyul saat 18:00-dək həyata keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanda iştirak haqqı 60 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.

Sınaq imtahanı yazılı imtahanın birinci mərhələsi (test) üzrə keçirilir və imtahanda xarici dil bilikləri, analitik yazı bacarıqlarının yoxlanılması nəzərdə tutulmur.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə XİN-ə işə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.

https://exidmet.dim.gov.az/elimt/XINTest/elan


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR