Modi Nyu-Yorkda keçirilən yoqa tədbirinə qatıldı - FOTO

Hindistanın Baş naziri Narendra Modi ABŞ-a səfəri çərçivəsində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən yoqa tədbirinə qatılıb.

Metbuat.az xəbər verir ki, insanlarla bir arada yoqa ilə məşğul olan Modi insanları dünya, ailə və gələcək üçün həmrəy olmağa çağırıb. O bildirib ki, yoqa təkcə sağlamlıq üçün deyil, həm də insanların bir-birinə mehriban olması üçün əhəmiyyətlidir.

“Gəlin yoqanın gücündən dostluq körpüləri və dinc dünya qurmaq üçün istifadə edək” - Modi deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı