Yayın ilk günü bu rayona qar yağdı - VİDEO

Qusarın dəniz səviyyəsindən 3751 metr hündürlüyündə yerləşən Qızılqaya dağ massivində yerləşən Heydər Əliyev zirvəsinə bu gün axşam saatlarında qar yağıb.

Metbuat.az xəbər verir ki, bu barədə Qusarın Ləzə kənd sakini Xalid Əzizov Bizim.Media-ya məlumat verib.

Onun sözlərinə görə, bölgədə müşahidə edilən qeyri-sabit hava şəraiti nəticəsində Qusarın dəniz səviyyəsindən 2800 metr hündürlükdə yerləşən Qaradağ adlanan massivə də qar düşüb.

Hazırda qarın yağması davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR