Azərbaycanda banan idxal qiymətindən 3 dəfəyə yaxın baha satılır

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 13 milyon 934 min dollar dəyərində 19 min 76 ton banan idxal edilib.

Metbuat.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə bananın bir kiloqramının idxal qiyməti 1.24 manat təşkil edib.

Qeyd edək ki, bu dövrdə bananın orta satış qiyməti 3.30 manata bərabər olub. İdxal qiymətinin sabit qalmağına baxmayaraq bananın qiyməti son bir ildə 25% artım göstərib.

Xatırladaq ki, banan Azərbaycana Ekvadordan idxal edilir.

Nəzərə alaq ki, Azərbaycanın bir ildə banan istehlakı 52 min tondur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR