Həcc ziyarətinə xaricdən 1,5 milyon nəfər gedib

Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün xaricdən 1 milyon 499 min 472 nəfərin gəldiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Pasportlar Baş İdarəsi məlumat verib. Bildirilib ki, müsəlmanlar Həcc ziyarətini yerinə yetirmək üçün dünyanın hər yerindən quru, dəniz və hava yolu ilə müqəddəs torpaqlara gəlməyə davam edir. Açıqlamada, xaricdən Səudiyyə Ərəbistanına gələn zəvvar namizədlərinin sayının iyunun 21-i 1 milyon 499 min 472-yə çatdığı, onlardan bir milyon 435 min 14-nün müqəddəs torpağa hava yolu ilə gəldiyi bildirilib.

Quru yolu ilə gələn zəvvarların sayı 59 min 744,dəniz yolu ilə gələn zəvvarların sayı isə 4 min 714 nəfər olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR