İstixana effekti yaradan qazların emissiyası azaldılacaq

Azərbaycanda atmosferə atılan istixana qazlarının azaldılması, karbon kreditləri və karbon ticarəti sisteminin yaradılması və tənzimlənməsi məqsədilə qanun layihəsinə özəl biznes subyektlərinin perspektivindən baxılması vacibdir.

Metbuat.az xəbər verir ki, bu barədə V İqtisadiyyat və İdarəetmə Sahəsində Təqdqiqatçıların Beynəlxalq Elmi Konfansı zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

    Onun sözlərinə görə, bu kontekstdə fikir mübadiləsinin aparılması da olduqca vacibdir.

    "Bu məqsədlə bütün maraqlı tərəflərin iştirakı ilə ictimai müzakirənin keçirilməsi nəzərdə tutulur", - Vüqar Kərimov qeyd edib.

    O əlavə edib ki, hazırda ölkədə atmosferə atılan istixana qazların azaldılması və dəkarbonizasiya sahəsində böyük işlər aparılır. Belə ki, ötən il Qlazqo şəhərində keçirilən iqlim sammitində ölkəmiz 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyasının həcmini 40%-dək azaldılması ilə bağlı şərti hədəf kimi götürüb və işğaldan azad edilmiş ərazilərdə təmiz 0 emissiyası zonasının yaradılması ilə planlarını bəyan edib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı