Azad edilmiş ərazilərdə 39 avtomobil tuneli inşa edilir - VİDEO

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrində ümumi uzunluğu 66 km-ə yaxın olan 39 avtomobil tunelinin inşası həyata keçirilir.

Metbuat.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, tikilən tunellərin sırasında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda ümumi uzunluğu 12 690,6 metr olan 7 avtomobil tuneli var.

Bundan başqa, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunda ümumi uzunluğu 2 358 metr olan 7 avtomobil tuneli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda ümumi uzunluğu 12 032,79 metr olan 3 avtomobil tuneli, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda ümumi uzunluğu 25 926,97 metr olan 5 avtomobil tuneli, Kəlbəcər-Laçın avtomobil yolunda ümumi uzunluğu 12 964,61 metr olan 17 avtomobil tuneli inşa edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR