Koutinyo İstanbul nəhənginə keçmək üzrədir

"İnter"dən Edin Cekonun keçidini yekunlaşdıran Türkiyənin "Fənərbağça" klubu daha bir ulduz transferini gerçəkləşdirmək üzrədir.

Metbuat.az türk mediasına istinadən bildirir ki, İstanbul təmsilçisi hazırda "Aston Villa"da forma geyinən Koutinyonu transfer etmək istəyir. Braziliyalı oyunçuya 2 illik müqavilə təklif edilib.

Koutinyoya Səudiyyə Ərəbistanından təkliflər olsa da, futbolçunun Avropada qalmaq istədiyi bildirilir. Onun İstanbul təmsilçisinin təklifini qəbul edəcəyi gözlənilir.

Qeyd edək ki, Koutinyo "İnter", "Liverpul", "Barselona", "Bavariya" klublarında çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR